Azərbaycan millət vəkilinə Kastamonu Universitetinin Fəxri Doktorluğu verilib


Digərləri 27 Fev 2018 17:54:07 222 0

Azərbaycan millət vəkilinə Kastamonu Universitetinin Fəxri Doktorluğu verilib

Xocalı soyqırımı ilə bağlı konfransla əlaqədar Kastamonuda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevaya universitet tərəfindən Fəxri Doktorluq təqdim olunub.

Bakı. Xocalı soyqırımı ilə bağlı konfransla əlaqədar Kastamonuda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevaya universitet tərəfindən Fəxri Doktorluq təqdim olunub. Tədbirdə çıxış edən universitetin rektoru Prof.Dr. Seyid Aydın millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın Azərbaycan -Türkiyə qardaşlığının daha da güclənməsi, türk dünyasının birliyi istiqamətində fəaliyyətindən danışaraq onu universitet senatının qərarı ilə Fəxri Doktor adına layiq gördüklərini deyib. Bu yüksək etimad üçün universitetin rəhbərliyinə, senat üzvlərinə və bütün ziyalılara təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu etimadı doğrultmaq üçün bundan sonra da hər zaman çalışacağını deyib.