"Səməd oğlunun yasına qırmızı pencəkdə gəldi"


Şou-biznes 27 Fev 2018 17:34:00 273 0

"Səməd oğlunun yasına qırmızı pencəkdə gəldi"

Xalq artisti Səməd Səmədovun ilk həyat yoldaşı Zərifə xanım "Xəzər maqazin"ə gözlənilməz açıqlama verib.

Son.az axşama.az-a istinadən xəbər verir ki, Zərifə müğənninin övladına baxmadığını deyib. O, heç vaxt S.Səmədovu bağışlamayacağını söyləyib:

"Yasamalda yaşayanda qonşu idik. 16 yaşım var idi, o da əsgərlikdən gəlmişdi. Qaçdıq, ailə qurduq. 9 ay sonra övladımız doğuldu. 5 il ailəli qaldıq, indiki yoldaşı üstümə gəldi ki, məni bu murdarçılıqdan azad et. Sən gözəlsən, yoldaş tapacaqsan. Bir il sonra mən ikinci dəfə ailə qurmuşam. 

Onun oğluna necə nifrəti var idi. Onun vicdanına nə gəldi? O uşaq bir az hörmət qazanmadı ki, ona baxmadın? Oğlum getdi atasının evinə, qapını yoldaşı açdı. Qayıdıb ki, atan məşhur olub deyə gəldin? Oğlum mənə dedi ki, "başımı yerə soxdun. Atam evdə idi, qapıya gəlmədi".

Oğlum Səmədin böyük oğlu Anarla görüşüb. Hətta qucaqlaşıblar. Oğlum polisdə işləyirdi, ona dedi ki, nə lazım olsa, gəl. Əsgərlikdə oldu, 2,5 il müharibədə döyüşdü. Bir qızın namusunu qorumaq üçün 47 bıçaq zərbəsi alıb.