ABŞ səfiri Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir


Digərləri 27 Fev 2018 17:14:00 201 0

ABŞ səfiri Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir

ABŞ-ın Moskvadakı səfiri Con Hantsman 2018-ci ildə Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin yaxşılaşacağına ümid edir.

Bakı. ABŞ-ın Moskvadakı səfiri Con Hantsman 2018-ci ildə Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin yaxşılaşacağına ümid edir. Trend-in məlumatına görə, Kazan Tibb Universitetinin tələbələri ilə görüşündə sanksiyalara toxunan diplomat qeyd edib: "Sanksiyalar iki ölkənin münasibətlərində yaranmış problemlər nəticəsində tətbiq olundu. Biz bu problemləri tədricən həll edəcəyik. Bu mənada mən 2018-ci ilə nikbin baxıram".