Azərbaycanda pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına veriləcək subsidiyanın məbləği açıqlanıb


Digərləri 27 Fev 2018 17:17:00 207 0

Azərbaycanda pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına veriləcək subsidiyanın məbləği açıqlanıb

Azərbaycanda pambıq, tütün və şəkər çuğunduru istehsalçılaraına 22,5 mln. manat subsidiya veriləcək

Bakı. Azərbaycanda pambıq, tütün və şəkər çuğunduru istehsalçılaraına 22,5 mln. manat subsidiya veriləcək Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İ.Quliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli, “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli və “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1314 nömrəli sərəncamları pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. İkinci ildir ki, istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat, bu ildən başlayaraq şəkər çuğundurunun hər 1 (bir) tonuna görə 4 manat məbləğində subsidiya verilir.