Azərbaycan Xorvatiyada sənət və kənd təsərrüfatı yarmarkasında təmsil olunub (FOTO)


Digərləri 27 Fev 2018 17:01:00 215 0

Azərbaycan Xorvatiyada sənət və kənd təsərrüfatı yarmarkasında təmsil olunub (FOTO)

Azərbaycanın Xorvatiyadakı səfirliyi “ViroExpo 2018” şirkət, sənət və kənd təsərrüfatı yarmarkasında iştirak edib.

Bakı. Azərbaycanın Xorvatiyadakı səfirliyi 23-25 fevralda Xorvatiyanın Virovititsa şəhərində keçirilmiş sayca 23-cü “ViroExpo 2018” şirkət, sənət və kənd təsərrüfatı yarmarkasında iştirak edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan üçün ayrılmış stenddə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrini, investisiya və kənd təsərrüfatı imkanlarını əks etdirən bukletlər, milli mədəniyyətimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, Azərbaycan xalçaları haqqında nəşrlər, “Azərbaycan İxrac Kataloqu”, ölkəmiz ilə bağlı xorvat dilinə tərcümə olunmuş broşuralar, Azərbaycan istehsalı şərab və düyü nümunələri nümayiş etdirilmiş və qonaqlara paylanıb.