Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu FOTO


Dünya 27 Fev 2018 16:55:00 281 0

Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu  FOTO

Suriyanın Deyr əz-Zor əyalətində neft-qaz yataqlarının və "Konoko" qaz emalı zavodunun yerləşdiyi bölgəni kürdlərdən ibarət "Suriya Demokratik Qüvvələri"indən almaq üçün Bəşər Əsədi dəstəkləyən qüvvələrin daha bir hücumu iflasa uğrayıb.

Mİlli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə İrana bağlı şiə silahlı birləşmələri bölgəyə irəliləməyə çalışıb. Lakin onlar ABŞ aviasiyasının sarsıdıcı zərbələrindən sonra darmadağın edilib və geri qaçıblar.

Xəbər verildiyi kimi fevralın 7-də əsasən "Vagnerin ordusu" kimi tanınan Rusiya özəl hərbi şirkətinin muzdlularından ibarət olmaqla 600-dan çox canlı qüvvə, çoxsaylı zirehli texnika kürdlərin nəzarətində olan "Konoko" qaz emalı zavodunu ələ keçirmək üçün hücuma cəhd edib. ABŞ aviasiyası hücum edən qüvvələrə üç saat ərzində sarsıdıcı zərbələr endirib və nəticədə 300-ə yaxın rus muzdlusu öldürülüb. O cümlədən İrana bağlı yaraqlılar da həmin hücum cəhdində itki verib. Bu hadisə həftələrdir ki, beynəlxalq mediada müzakirə olunmaqdadır.

"Anadolu" agentliyi özünün Deyr əz-Zordakı müxbirinə istinadla bildirir k, 4 gün əvvəl İran qüvvələri PKK/PYD qüvvələrinin nəzarətində olan Salihiyyə bölgəsinə cəmləşdirilib. Daha sonra onlar "Konoko" qaz emalı zavodunun ətrafına raket zərbələri endirməyə başlayıblar Artilleriyanın dəstəyi ilə İran qüvvələri "Konoko" zavodu ətrafındakı Cedide Akidat və Cedide Bakkara bölgələrində 22 nöqtəni tutublar.