Məktəbdən kompüter oğurlayan şəxs tutuldu VİDEO FOTO


Digərləri 27 Fev 2018 16:47:00 235 0

Məktəbdən kompüter oğurlayan şəxs tutuldu  VİDEO  FOTO

Abşeron rayonu Saray qəsəbəsində oğurluq faktı qeydə alınıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, fevralın 23-də qəsəbədə fəaliyyət göstərən 3 saylı orta məktəbin direktoru Təyyubə Hüseynova Rayon Polis İdarəsinə müraciət edərək təhsil ocağından oğurluq edildiyini bildirib.

İddiaya görə, naməlum şəxs fevralın 22-i məktəbə pəncərədən daxil olaraq, oradan 6200 manatlıq 12 ədəd kompüter oğurlayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Saray qəsəbəsi sakini Roman Qafarov saxlanılıb. Məlum olub ki, o, oğurluq etdiyi məktəbin məzunu olub.

Roman Qafarov - Saxlanılan şəxs: "3 nömrəli məktəbdən kompüter götürüb satanda tutdular".


Xəbərə aid fotolar