MSK sədri: Bütün maraqlanan tərəflər o cümlədən beynəlxalq təşkilatlar prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər


Digərləri 27 Fev 2018 16:37:00 200 0

MSK sədri: Bütün maraqlanan tərəflər o cümlədən beynəlxalq təşkilatlar prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər

Bütün maraqlanan tərəflər o cümlədən beynəlxalq təşkilatlar Azərbaycan prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər.

Bakı. Elçin Mehdiyev - Bütün maraqlanan tərəflər o cümlədən beynəlxalq təşkilatlar Azərbaycan prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər demokratik və şəffaf şəkildə keçirilir və istənilən tərəf bu prosesdə müşahidə apara bilər: “Bu format axıra kimi davam edəcək. Onlar nə vaxt istəsələr prosesdə iştirak edəcəklər”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin