İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb


Siyasət 27 Fev 2018 16:21:00 209 0

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Qeyd olunub ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün kifayət qədər imza toplanılıb.

Daha sonra məsələ səsə qoyularaq İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.