Səidə Sultan ona elçi gələn oğlanı boğub öldürmək istədi VİDEO FOTO


Şou-biznes 27 Fev 2018 15:55:00 272 0

Səidə Sultan ona elçi gələn oğlanı boğub öldürmək istədi  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Səidə Sultan maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, müğənni Mövlananın fəlsəfi sözlərindən yola çıxıb "Qarip dünya" adlı klipini təqdim etdi:

"Mahnım "Qarip dünya" adlanır. Musiqisi Murad Zeynallı, sözləri Mövlanaya məxsusdur. Klip UniMedianın məhsuludur. Klipi gənc rejissor İlkin çəkdi. Əslində mahnı 3 ay bundan qabaq hazır idi. Sadəcə olaraq istədim ki, kliplə bərabər təqdim edim. Ona görə də iş biraz uzandı. Yeni işim insanlar tərəfindən də yaxşı qarşılandı".

Çeynənib dadı-duzu qaçmış şablon sözlərdən artıq iyrəndiyini dilə gətirən müğənni, yəqin elə buna görə tamam fərqli bir şeir üslubuna müraciət edib:

"Toya uyğun sözlər oxuyurlar ey, xoşbəxt olaq, bir olaq, sən mənim yoldaşımsan, mən sənin ərinəm, mən sənin arvadınam, mən səni boşayıram, bu sözlər artıq məni iyrəndirir. Mahnıya baxan kimi deyirsən ki, bu, toy üçün yazılıb. Ay camaat, qurban olum, məni toya çağırın. Həmin dəqiqə bilinir ki, belə mahnılar tamaşaçının müğənnini toya çağırması üçün yazılır. Mən həmişə deyirəm ki, müğənni kütlə arxasınca qaçmamalıdır. Nə qədər olar ey, meyxana tərzində oxumaq?"

Bu söz məsələsini Səidə ürəyinə necə salıb, necə problem edibsə, artıq qaranlıqda qarışqanı ayaqlamamaq üçün, gün işığında belə çıraq yandırır:

"Son zamanlar çox qorxuram. Deyirəm elə sözlər oxuyum ki, onu həyatımda yaşamayım. Ətrafımdaklara da deyirəm ki, mən bundan sonra elə sözlər oxuyacam ki, həmin sözlər tək mənə deyil, hamıya aid olsun. Tək mənim özümə aid olan bir mahnı olanda və pessimist ruhlu olanda sözlərdəki aura ancaq mənim özümə təsir edir". 


Xəbərə aid fotolar