IMF: Dünya iqtisadiyyatı dəyişikliklərə hazırlaşmalıdır


İqtisadiyyat 27 Fev 2018 16:08:32 229 0

IMF: Dünya iqtisadiyyatı dəyişikliklərə hazırlaşmalıdır

Bir çox iş yerinin itirilməsinin şahidi olacayıq.

Dünya iqtisadiyyatı artım nümayiş etdirsə də, iqtisadi landşaftın dəyişməsi ilə əlaqədar monetar siyasətin normallaşdırılması, texnoloji dəyişikliklər və ticarət mübahisələrinin artması riskləri yaranıb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristin Laqard (Christine Lagarde) Cakartada (indoneziya) keçirilən konfransda deyib. 

IMF rəhbəri 2018-2019-cu illərdə qlobal iqtisadiyyatın 3,9% artacağını proqnozlaşdırıldığını da qeyd edib: "Cənubi-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələr ABŞ və Avropada uçot dərəcəsinin artırılmasına hazırlaşır. Mərkəzi Bankla, bu amilin maliyyə bazarlarına və kapital axınına təsirinə qarşı diqqətli olmalıdırlar. ASEAN ölkələri, uçot dərəcəsinin mənfi təsirindən qurtulmaq üçün daxili tələbat, regioanl ticarət, iqtisadiyyatın şaxələndirilməsi, texnoloji dəyişikliklər, rəqəmsal valyutaların inkişafına önəm verməlidirlər. Dəyişikliklər, bir çox iş yerinin itirilməsinə səbəb olacaq. Onların bəziləri yox olacaq, bəziləri isə avtomatlaşdırmanın təsirinə məruz qalacaq. Əmək bazarı barədə düşünməliyik".