Kiyevdə nümayişçilərlə polis arasında toqquşma baş verib, yaralılar var


Dünya 27 Fev 2018 15:49:11 234 0

Kiyevdə nümayişçilərlə polis arasında toqquşma baş verib, yaralılar var

Kiyevin polis rəisi: "Hüquq mühafizə orqanlarının əməkdaşları 9 nəfəri saxlayıb"

Ukrayna paytaxtı Kiyevdəki Ali Radanın binası yaxınlığında nümayişçilərlə toqquşmalar zamanı 8 polis əməkdaşı yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kiyevin polis rəisi Andrey Krişenko məlumat verib.

Məlumata görə, etirazçılar parlament binasını mühafizə edənlərə daşlar, şinlər və "Molotov kokteyllər"i atıblar.

A.Krişenkonun sözlərinə görə, parlament yaxınlığında planlaşdırılmış təxribat baş tutub.

O, asayişi pozduğuna görə hüquq mühafizə orqanları tərəfindən 9 nəfərin saxlandığını vurğulayıb.

A.Krişenkonun sözlərinə görə, hazırda vəziyyət normallaşıb.