Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə


Digərləri 27 Fev 2018 15:26:00 234 0

Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə

Prezidentin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 481nəfərin namizədliyi qeydə alınıb.

İmtahan 2018-ci il fevralın 28-də saat 10:00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26 A) başlanır.