İstanbul derbisinin hakimi müəyyənləşdi


İdman 27 Fev 2018 15:30:00 256 0

İstanbul derbisinin hakimi müəyyənləşdi

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilir.

Goal.az xəbər verir ki, bu mərhələdə İstanbul derbisi baş tutacaq. Belə ki, "Beşiktaş" doğma meydanda əzəli rəqibi "Fenerbahçe"nı qəbul edəcək. Bu qarşılaşamnın hakimi artıq müəyyənləşib.   Derbini Fırat Aydınus idarə edəcək. Oyun 1 mart tarixində saat 21:30-da baş tutacaq.

Xatırladaq ki, bu komandalar 2 gün öncə Super Liqa çərçivəsində rəqib olmuşdular. Həmin görüşdə "Beşiktaş" 3:1 hesabı ilə qalib gəlmişdi.