Praqa məhkəməsi terrorçunu sərbəst buraxıb


Dünya 27 Fev 2018 15:02:15 259 0

Praqa məhkəməsi terrorçunu sərbəst buraxıb

Səfir: "Bu, gözləmədiyimiz bir qərardı"

Praqa şəhər Məhkəməsi terrorçu PKK qruplaşmasının Suriyadakı PYD adlı qolunun liderlərindən biri Salih Müslümün sərbəst buraxılması barədə qərar qəbul edib.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Çexiyadakı səfiri Ahmet Necati Bigalı bildirib.

“Bu, gözləmədiyimiz bir qərardı. Türkiyədə ötən illərdə bir çox terror aktlarının törədilməsində iştirak etmiş Salih Müslümün belə sərbəst buraxılmasını məyusluqla qarışılayırıq. Qərardan məmnun deyilik. Bu qərar cinayətkarların ekstradisiyası ilə bağlı Avropa Konvensiyasını təhqir edib. Bu, hüququn təhqir olunmasıdır. Təəssüf ki, Çexiya məhkəməsi ikitərəfli əlaqələrimiz, müttəfiqliyimizə əks qərar qəbul edib. Bu qərarın ikitərəfli əlaqələrə mənfi təsiri ola bilər. Salih Müslüm sərbəst buraxılıb, istədiyi yerə gedə bilər", - o deyib.