Növbəti hərracda 10 dövlət əmlakı və avtomobillər özəlləşdirib (FOTO)


Digərləri 27 Fev 2018 15:06:00 208 0

Növbəti hərracda 10 dövlət əmlakı və avtomobillər özəlləşdirib (FOTO)

Rəqabətli keçən budəfəki hərracda əmlakın birinə verilən təklif ilkin start qiymətindən 3 dəfə artıq olub.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən növbəti hərracda 10 dövlət əmlakı özəlləşdirilib. Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərracda özəlləşən 10 dövlət əmlakından 3-ü kiçik dövlət müəssisəsi və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 1-i iyarımçıq tikili, 3-ü isə nəqliyyat vasitəsidir. Özəlləşən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakı, Şirvan və İmişlidə yerləşir. Bakının Kürdəxanı qəsəbəsində yerləşən 7 saylı iaşə obyekti xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 214 kv.m, torpaq sahəsi isə 250 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa İmişli rayonunda yerləşən qeyri-yaşayış binası da sahibi üçün əlverişli əmlakdır. Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakının Nərimanov və Nəsimi rayonlarında, digəri isə Gəncə şəhərində yerləşir.