“Baku Steel Company” Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib


Sosial 27 Fev 2018 14:58:00 263 0

“Baku Steel Company” Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib

Məhkəmə iddianı təmin etməyib

“Baku Steel Company” MMC Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini məhkəməyə verib.

"Report"un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC çıxarışın verilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.

Qərardan narazı qalan “Baku Steel Company” MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.