Tikinti şirkətlərində 70 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlandı


Digərləri 27 Fev 2018 14:58:00 332 0

Tikinti şirkətlərində 70 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlandı

Yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla ("MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativi, "Babək-94" Müstəqil Kiçik Müəssisəsi, "TTF-A" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Laura" Firması, "Kaspian Park" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Evian Konstruksiya" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Piramida-F.R." Məhdud Məsuliyyətli Cəmiyyəti, " Gözəl Bakı" Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi)  6 səyyar monitorinq həyata keçirilib.

Son.az xəbər verir ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən APA-ya verilən məlumata görə, tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib.