Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə


Digərləri 27 Fev 2018 14:57:00 258 0

Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçiriləcək.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluğu ilə birgə Prezidentin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 481nəfərin namizədliyi qeydə alınıb.