Çindən İtaliyaya gedən qatar Azərbaycandan keçəcək


Digərləri 27 Fev 2018 14:50:00 194 0

Çindən İtaliyaya gedən qatar Azərbaycandan keçəcək

Çin sayca mininci yük qatarını Çin-Avropa marşrutu ilə yola salıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qatar Sintszyan-Uyğur muxtar rayonundan yola düşüb.

Azərbaycan ərazisindən keçəcək qatar Xəzər dənizində Ro-Ro tipli gəmi ilə Ələt Beynəlxalq dəniz ticarət limanına gələcək və oradan Gürcüstana yola düşəcək. Qatar vasitəsilə Neapol şəhərinə yük çatdırılacaq.