Ronaldo heyətə salınmadı


İdman 27 Fev 2018 14:19:00 280 0

Ronaldo heyətə salınmadı

"Real"ın baş məşqçisi Zinəddin Zidan yenə Kristiano Ronaldoya istirahət vermək qərarına gəlib.

Goal.az xəbər verir ki, fransız mütəxəssis 33 yaşlı hücumçunun adını La Liqanın 26-cı turunda səfərdə "Espanyol"la keçiriləcək oyunun heyətinə daxil etməyib. Ronaldodan başqa Modriç, Kroos və Marselo da bu qarşılaşmanın hehətinə daxil edilməyib.

Qeyd edək ki, Zidan Ronaldoya "Leganes"lə matçda da (3:1) istirahət vermişdi.