Ardanın toyu Türkiyənin ən böyük sarayında olacaq


İdman 27 Fev 2018 13:49:00 280 0

Ardanın toyu Türkiyənin ən böyük sarayında olacaq

"Başakşehir"in futbolçusu Arda Turanın sevgilisi Aslıhan Doğanla evlənmək qərarına gəldiyi barədə məlumat vermişdik. 

Goal.az xəbər verir ki, cütlüyün toylarının baş tutacağı məkan bəlli olub. Futbolçunun toyu "Çırağan saray"da keçiriləcək.  Hazırda cütlük toy təşkilatı ilə məşğul olan şirkətlərlə danışır. Toyun tarixi məhz bundan sonra məlum olacaq.

Qeyd edək ki, "Çırağan saray" Türkiyənin ən böyük sarayıdır. Onun bir günlük icarə qiyməti 35419 dollardı. Bu məbləğə heç bir xidmət daxil deyil.