Avropada son üç gündə anomal şaxtalardan 10 nəfər ölüb


Dünya 27 Fev 2018 13:24:57 292 0

Avropada son üç gündə anomal şaxtalardan 10 nəfər ölüb

Fevral şaxtası Fransada uzun müddətdən sonra ən ekstremal soyuq olub

Avropada qar yağışı ilə müşayiət olunan anomal soyuq hava şəraiti hökm sürür.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, son üç gündə əlverişsiz hava şəraitinə görə Avropada azı 10 nəfər ölüb. Ölənlərin 3-ü Fransada, 4-ü Polşada və 3-ü Litvada dünyasını dəyişib.

Qeyd edək ki, dünən Fransanın şərqində və şimalında termometrin göstəriciləri -10, Atlantik okeanı sahilində, La Manşda, Paris regionunda və cənub-qərbdə isə tempratur -7 dərəcəyə qədər aşağı düşüb. Meteoroloqlar ən soyuq günlərin fevralın 17-28-də olacağını bildiriblər.

Ümumiyyətlə, fevral şaxtası Fransada uzun müddətdən sonra ən ekstremal soyuq olub. Sonuncu dəfə belə güclü şaxtalar ölkədə 2005-ci il fevralın sonları - martın əvvələrində yaşanıb.

Böyük Britaniyada isə meteoroloqlar təhlükənin "kəhrəba" səviyyəsinə dair xəbərdarlıq ediblər, bu isə hava şəraitinin insan həyatı üçün təhlükəli ola biləcəyi deməkdir.

Hava şəraiti Britaniyada yüzlərlə qatar və onlarla aviareysin ləğvinə səbəb olub. Bundan əlavə, qəzalara görə, Böyük Britaniyada ölkə boyu yollar müvəqqəti bağlanılır.

Romada ardıcıl ikinci gündür məktəblər və uşaq bağçaları bağlıdır. Avtobuslar və tramvaylar fasilələrlə işləyir.

İtaliyanın cənubuna da qar yağıb. Vezuvi vulkanının üstü tamamilə qarla örtülüb.