Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ


Digərləri 27 Fev 2018 13:03:00 177 0

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanına* qeydiyyat davam edir.

Mərkəzdən Son.az-a verilən məlumata görə, sınaq imtahanı 3 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq.

Sınaq imtahanında iştirak etmək istəyən namizədlər müvafiq olaraq 3 mart saat 09:00 və 13:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.