Bakı və Şamaxıda pozuntular aşkar edilən 4 müəssisə 99 min manat cərimə olunub


Digərləri 27 Fev 2018 13:05:00 175 0

Bakı və Şamaxıda pozuntular aşkar edilən 4 müəssisə 99 min manat cərimə olunub

Bakı və Şamaxıda pozuntular aşkar edilən 4 müəssisə 99 min manat cərimə olunub.

Bakı. Cari ilin yanvar ayı ərzində Azərbaycan Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə (“Grand Hospital", Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən Trend-ə daxil olan məlumata görə, həmin dörd müəssisə ümumilikdə 99 min manat məbləğində cərimə olunub. Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib ki, bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri “Grand Hospital” tibb müəssisəsinin, 3 nəfər digər müəssisələrin, 6 nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür. Yoxlama aparılan 4 müəssisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 106 nəfər olub, o cümlədən əmək müqaviləsi olmadan işləyən 99 nəfərdən 31 nəfərinin əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə (ƏMBEİS) daxil edilib. Əmək müqaviləsi bağlamadan işləməsi aşkarlanan 99 nəfərdən 92 işçinin əsas iqtisadi fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfər isə xidmət (mağazalarda satış) sahəsinə daxil olduğu aşkar edilib. Vətəndaşlarımızın sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan və səhiyyə sahəsində fəaliyyət göstərən bəzi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməzdir.