Cənnət kimi park necə "Cəhənnəm"ə çevrildi?


Digərləri 27 Fev 2018 12:56:00 236 0

Cənnət kimi park necə "Cəhənnəm"ə çevrildi?

""Cəhənnəm meydanı"na xoş gəlmisiniz, hansı ki, burada İŞİD-in manyakları onlarla insanı edam edib, homoseksualları binanın başından asıb, düşmənlərin başını nizənin ucuna keçirib, hündür yerə sancıblar".

Son.az bildirir ki, "The Sun" İŞİD terror qruplaşmasının "paytaxt" elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra oradan reportaj hazırlayıb.

Şəkillər ən-Naim meydanında çəkilib. Meydan hazırda xarabalığa dönüb.

2014-cü ildə meydan ələ keçirilməzdən əvvəl buranı "Cənnət meydanı" da adlandırırdılar və Raqqanın ən gözəl meydanlarından biri idi.

Lakin şəhərin İŞİD-çilər tərəfindən işğalından sonra meydandakı saat qülləsindən yüzlərlə insanın cəsədi asılıb.