Lap filmlərdəki kimi Bir gecəyə 9 avtomobildən oğurluq etdilər FOTO


Digərləri 27 Fev 2018 12:40:00 240 0

Lap filmlərdəki kimi  Bir gecəyə 9 avtomobildən oğurluq etdilər  FOTO

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək bildirib ki, fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı "Opel" markalı avtomobilin pəncərəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisi oğurlanıb. Elə həmin gün polis idarəsinə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü məlumat verərək nəqliyyat vasitələrindən akkumlyatorlar və pul oğurlandığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar - Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar.

Hər iki şəxs Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd etdiklərini etiraf ediblər. Saxlanılan şəxslər nəqliyyat vasitələrindən oğurladıqları əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər.


Xəbərə aid fotolar