Rəhim İradədən üzr istədi


Şou-biznes 27 Fev 2018 12:31:00 270 0

Rəhim İradədən üzr istədi

Müğənni Rəhim Rəhimli Türkiyədə yaşayan ifaçı İradə İbrahimovadan üzr istəyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı "ATV maqazin onlarla" verilişinə açıqlama verərək həmkarına haqsızlıq etdiyini bildirib:

"İradə İbrahimova ilə aramızda anlaşılmazlıq olmuşdu. Aranjımançı Rafiq Hacıyevlə albom hazırlamağa başladıq. Xalq mahnısı ifa etməli idim. Qərara gəldik ki, "Araz axar qiyqacı" mahnısını ifa edim. Rafiq dedi ki, həmin mahnını İradə üçün aranjiman etmişəm, ondan icazə al, oxu. İradəyə zəng vurdum, həmin mahnının minusunu istədim. O da "qurbandı sənə" dedi.