5 yaşlı uşağı zorla soyundurdu, qeyritəbii yolla əlaqəyə girdi, sonra...


Digərləri 27 Fev 2018 12:21:00 220 0

5 yaşlı uşağı zorla soyundurdu, qeyritəbii yolla əlaqəyə girdi, sonra...

Şabran rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rəşad Şövlətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəşad Şövlətov Şabran rayonu Ağalıq kənd orta məktəbinin 8-ci sinif şagirdi olub. O, kəndlərində yerləşən evlərində özündən 10 yaş kiçik azyaşlı, 2012-ci il təvəllüdlü Sahib Babayevə (ad və soyad şərti verilib - red.) qarşı seksual zorakılıq hərəkətləri edib.

Oyuncaq vermək adı ilə aldatdı

Rəşad Şövlətov 17 may 2017-ci il tarixdə, saat 13.00-da yaşadığı evin yaxınlığında qonşusu Sahib Babayevin həyətdə oynadığını görüb. O, həmin vaxt Sahiblə intim əlaqədə olmaq niyyətinə düşüb.

Bu niyyətini həyata keçirmək istəyən Rəşad Şövlətov Sahib Babayevin köməksiz vəziyyətindən istifadə edib və onu oyuncaq vermək adı ilə aldadıb.

Döydü, cinsi əlaqədə oldu

Sahib Babayev Rəşad Şövlətovun ona oyuncaq verməsinə inanıb və onların evinə gedib. O, Sahibi evdə yataq otağına salıb, onunla cinsi əlaqədə olmaq istədiyini deyib.

Lakin Sahib Babayev onun bu istəyindən imtina edib. Bu zaman o, Sahib Babayevi döyərək, paltarını soyundurub. Sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Rəşad Şövlətovun barəsində Cinayət Məcəlləsinin 150.3.2-ci (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham elan olunub.

Azyaşlı təcavüz etdi, şərti cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Şövlətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 7 il 8 ay 14 gün müddətinə şərti cəza verilib.