Dövlət Bahçelidən Qarabağla bağlı açıqlama:


Siyasət 27 Fev 2018 12:12:00 208 0

Dövlət Bahçelidən Qarabağla bağlı açıqlama:

"Xocalı faciəsi qan yaddaşımız, qanayan yaramızdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli bildirib.

D.Bahçeli qeyd edib: "Türkiyə olaraq əsla və əsla Xocalıda azərbaycanlı qardaşlarımıza qarşı törədilən vəhşiliyi unutmadıq və unutmayacağıq. Ermənistan bilsin ki, Azərbaycan öz torpaqlarını işğaldan mütləq azad edəcək, o gün yaxındadır".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.