Zəncirvari qəza 23 yaşlı gənci xəstəxanalıq etdi VİDEO FOTO


Digərləri 27 Fev 2018 12:05:00 189 0

Zəncirvari qəza 23 yaşlı gənci xəstəxanalıq etdi  VİDEO  FOTO

Gəncənin Nizami Gəncəvi prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanından şəhərə hərəkət edən "Lexus" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ 2107" markalı maşınla toqquşub.

Zərbənin gücündən "Lexus" və "VAZ 2107" yolun kənarında dayanan "VAZ 2106" və  "VAZ 2107" markalı avtomobillərə dəyib. Qəza zamanı "VAZ 2107"də olan Tovuzun Vahidli kənd sakini 23 yaşlı Səbail Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardim Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.


Xəbərə aid fotolar