Gəncədə maskalılar evə basqın etdilər


Digərləri 27 Fev 2018 11:43:00 237 0

Gəncədə maskalılar evə basqın etdilər

Gəncə şəhərində maskalılar evə basqın ediblər.

Son.az report-a istinadən xəbər verir ki, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn1998-ci il təvəllüdlü Əbruz Asəf oğlu Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə "102" xidmətinə zəng edib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Bayram oğlu Yaqubov və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar. 

Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd "Makarov" tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.