Sabiq MTN polkovniki və digərlərinin məhkəməsi təxirə salındı


Digərləri 27 Fev 2018 11:18:00 243 0

Sabiq MTN polkovniki və digərlərinin məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu günə təyin edilən məhkəmə iclası təxirə salınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Vüqar Güləli xəstə olduğu üçün iclasa gələ bilmir.

Buna görə proses martın 9-na təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.