Cənubi Koreya prokuroluğu keçmiş prezidentin 30 il azadlıqdan məhrum edilməsini istəyib


Dünya 27 Fev 2018 11:04:09 289 0

Cənubi Koreya prokuroluğu keçmiş prezidentin 30 il azadlıqdan məhrum edilməsini istəyib

O, 2017-ci ilin aprelində korrupsiyada ittiham olunaraq həbs edilib

Cənubi Koreyanın Baş Prokuroluğu ölkənin keçmiş prezidenti Pak Kın Xenin 30 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 2017-ci ilin aprelində korrupsiyada ittiham olunaraq həbs edilib. 

Qeyd edək ki, Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xenin 2017- ci il martın 21-də dindirilib. Ölkə prokurorluğu onu 13 korrupsiya faktında şübhəli bilir.

Xatırladaq ki, Pak Kın Xenin keçmiş müşaviri An Çan Pom həbs olunub. Onun adı sabiq dövlət başçısının rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanırdı. Rəfiqəsi Çxve Sun Sil sabiq prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən çox şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər. Keçmiş prezident Pak Kın Xenin də adı korrupsiya qalmaqalında hallandığından ona 2016-cı il dekabrın 9-da impiçmenti elan edilib. 2017-ci il martın 10-da isə Konstitusiya Məhkəməsi sabiq prezidentin impiçmentinin təsdiqlənməsi haqqında qərar qəbul edib.

2017-ci il mayın 9-da Cənubi Koreyada növbədənkənar prezident seçkisi keçirilib. “Taburo” Demokrat Partiyasının lideri Mun Çje İn prtezident seçilib.