Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu


Digərləri 27 Fev 2018 10:57:00 254 0

Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Amrahov ölkə birincisi olub.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş ali təhsil müəssisələrinin magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Amrahov ölkə birincisi olub. DİM-dən Trend-ə verilən məlumata görə, o, ölkə üzrə imtahanda iştirakı nəzərdə tutulan 12387 bakalavr arasında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal toplayaraq birinci mərhələni uğurla başa vurub.