Qəribə bayram: qadınlar kişiləri döyür, kişilər


Digərləri 27 Fev 2018 10:30:00 232 0

Qəribə bayram: qadınlar kişiləri döyür, kişilər

Hindistanın Barsana şəhərində dünyaca məşhur "Latmar Holi" bayramı başlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Latmar Holi" hinduizmdə əsas və ən şən bayramlardan biri olan "Holi"dən bir neçə gün əvvəl keçirilir.

"Latmar Holi" zamanı qadınlar kişiləri zopalarla döyürlər və bundan sonra qadın paltarı geyinmiş kişilər rəqs etməyə başlayırlar.

Daha sonra bayram iştirakçıları bir-birlərinin üzərinə boyalar atırlar.

Hinduist rəvayətlərinə görə, Krişna tanrısı Barsanada sevgilisi ilə görüşəndə ona sataşıb və qız da onu döyərək qovub.

Adının mənası "zopa və çiçək bayramı" olan "Latmar Holi" zamanı Nandaqaon kəndinin sakinləri Barsanaya yollanaraq qadınlara "sataşırlar". Qadınlar da kişiləri döyür, "əsir alır" və qadın paltarı geyinərək rəqsə vadar edirlər.