Səudiyyədə generalların "yarpaq tökümü":


Digərləri 27 Fev 2018 10:21:00 258 0

Səudiyyədə generalların "yarpaq tökümü":

Səudiyyə Ərəbistanını kralı Salman bin Əbdel Əziz əl Səud ölkə silahlı qüvvələrinin Baş Qərargahının rəisi, general-polkovnik Əbdel Rəhman ben Saleh əl Bünyanı vəzifəsindən azad edərək istefaya yollayıb.

Onun yerinə müavini, general-leytenant Fəyyad bin Hamed əl Ruvayli təyin olunub.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, kralın fərmanı ilə əl Ruvayliyə general-polkovnik rütbəsi verilib.

Əl Bünyan kralın hərbi müşaviri olacaq.

Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-leytenat Muhəmməd bin Əvvad Süheym də istefaya göndərilib. Onun yerinə general-leytenant Fəhd bin Abdalla Muhamməd əl Muteyr təyin olunub.


Xəbərə aid fotolar