“Apple Pay” istifadəçilərinin sayı iki dəfə artdı


Digərləri 27 Fev 2018 08:51:00 215 0

“Apple Pay” istifadəçilərinin sayı iki dəfə artdı

"Loup Ventures" araşdırma şirkətinin nümayəndələri "Apple Pay" ödəniş sisteminin populyarlığının artdığını bildiriblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, artıq bütün dünya üzrə 127 milyon nəfər insan "Apple" şirkətinin ödəniş sistemindən istifadə edirlər.

Qeyd etmək lazımdır ki, bir il ərzində ABŞ şirkəti tərəfindən təqdim edilən kontaktsız ödənişlərin istifadəçilərinin sayı iki dəfə artıb. 2016-cı ildə bu xidmətdən bütün dünyada cəmi 62 milyon insan istifadə edib.