"Apple" üç yeni smartfon modeli buraxmağı planlaşdırır


İqtisadiyyat 27 Fev 2018 08:29:15 233 0

"Apple" üç yeni smartfon modeli buraxmağı planlaşdırır

Yeni modellərdən biri 6,5 dyümlük geniş ekrana malik olacaq

"Apple" şirkəti cari ilin sonunda üç yeni "iPhone" modeli – indiyədək istehsal edilən modellərin ən böyük ekranlısı, "iPhone X"in yenilənmiş versiyası və flaqman smartfonunun büdcəli versiyasını buraxmağı planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi mənbəyə istinadən "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, smartfonlar yenilənmiş əməliyyat sistemi (ola bilsin iOS 12) və funksiyaları genişləndirilmiş "Siri" fərdi köməkçisi ilə təchiz ediləcək.

"D33" təyinatı alan "böyük" smartfonun ekranı bütün ön paneldə 6.5 dyüm olacaq və ehtimal ki, "ayrılmış ekran" funkisyası ilə təchiz ediləcək.