Samsung Galaxy S10da möhtəşəm özəllik olacaq


Digərləri 27 Fev 2018 08:11:00 277 0

Samsung Galaxy S10da möhtəşəm özəllik olacaq

Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi üzrə razılaşma imzalayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, "Samsung" şirkəti "5G" mobil rabitə texnologiyasının hazırlanması üzrə "Qualcomm" şirkəti ilə əməkdaşlıq edəcək. Bu haqda Cənubi Koreya şirkətinin rəsmi saytında məlumat verilib. "Galaxy S10" yeni rabitə şəbəkəsini dəstəkləyən ilk qurğulardan biri olacaq.   Belə ki, "Qualcomm" şirkəti "TSMC" ilə əməkdaşlıqdan imtina edərək "Samsung" şirkəti ilə 10 illik müqavilə bağlayıb. "PhoneArena" nəşri yazır ki, "Galaxy S10" smartfonu 2019-cu ilin əvvəlində təqdim edilə bilər və bu halda sözügedən qurğu "5G" tezliyini tutan yeni nəsil "Snapdragon 855" prosessoru ilə təchiz ediləcək.