Bakıda mənzildə 52 yaşlı kişi meyiti aşkar edilib


Digərləri 27 Fev 2018 08:15:00 224 0

Bakıda mənzildə 52 yaşlı kişi meyiti aşkar edilib

Bakıda mənzildə kişi meyiti aşkar edilib.

Son.az FHN-nin saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1966-cı il təvəllüdlü Kərimov Niyazi Şəmsəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.