İlhaməsiz iki il, Damlanın 30 milyonu, Könülün işıq pulu borcu, Şəbnəmin təhdidi


Şou-biznes 27 Fev 2018 07:00:00 339 0

İlhaməsiz iki il, Damlanın 30 milyonu, Könülün işıq pulu borcu, Şəbnəmin təhdidi

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (160-cu say) təqdim edir.

Dostlar, bütün şərhləri oxuyuram, cavab da verirəm. Amma ürəyimdə. Şərhlərdə ötən həftə görüşə gedən aktrisanın kimliyini soruşursunuz. İpucu olaraq deyim ki, hazırda çox məşhurdur. Xüsusən də yaşadığı qalmaqallar və verdiyi açıqlamalarla. Məncə, bu ipucundan sonra tapmamaq günahdır. 

Ötən həftə mərhum xalq artisti İlhamə Quliyevanın vəfatından iki il ötdü. Səssiz, səmirsiz iki il. Məncə, bu səmirsizlik istənilən sənət adamı, istənilən qeyri peşə sahibi üçün örnəkdir. Yəni, hər kəsi belə bir aqibət gözləyə bilər. Hər kəsin ətrafında yüzlərlə insan olar, sonucda tək qala bilər. Bu mənada dedim ki, İlhamə xanımın həyatı və ölümündən sonrakı iki il əsl həyat örnəyidir.

Bu arada mədəniyyətimizə ağır itki üz verib. Bütün sənətsevərlərə dərin hüznlə başsağlığı vermək istəyirəm. Damlanın üst-üstə otuz milyon baxışı olan videolarını sosial şəbəkələrdən siliblər. İddia etdiyinə görə, bunu işçisi edib və o da işçini polisə verib. Təsəvvür edin ki, həmin qardaşdan harada işlədiyini soruşurlar. O da cavab verir ki, Damlada. Hər kim edibsə, böyük günaha girib. Bu, otuz milyon göz yaşı, 60 milyon qulaq, altmış milyon əl deməkdir. Heyf...