Sürücü 28 ton qarğıdalının pulunu götürərək qaçıb 10 MİN MANATLIQ ZİYAN FOTO


Kriminal 26 Fev 2018 23:43:00 326 0

Sürücü 28 ton qarğıdalının pulunu götürərək qaçıb  10 MİN MANATLIQ ZİYAN  FOTO

Məhsul sahibinə 10 min manata yaxın ziyan dəyib

Sumqayıt şəhərində soyğunçuluq faktı qeydə alınıb.

Son.az report.az-a istinadən bildirir ki, sürücü illərdir birgə işlədiyi vətəndaşın 10 min manatını mənimsəyərək qaçıb.

Zərərçəkmiş Samir Bəkirov iddia edir ki, illərdir yerli firmalardan birində onunla sürücü kimi işləyən 31 yaşlı Sumqayıt şəhər sakini İlkin Muradov adlı şəxs onun adına olan 28 tondan çox qarğıdalı məhsulu "Shacman" markalı yük avtomobili ilə birgə qaçırıb. Sürücü məhsulu ünvana çatdıraraq əvəzində 10 min manata yaxın pul alıb və pulu məhsul sahibinə vermədən yoxa çıxıb. Yük maşını isə hadisədən iki gün sonra tapılıb.


Xəbərə aid foto