Avstriyada XXI əsrin ən aşağı temperaturu qeydə alınıb


Digərləri 26 Fev 2018 23:30:00 281 0

Avstriyada XXI əsrin ən aşağı temperaturu qeydə alınıb

Bir neçə gündən bəri Rusiyanın Sibir regionundan Avropa istiqamətində hərəkət edən aşağı təzyiqli hava kütlələri Avstriya ərazisində temperaturun kəskin düşməsinə səbəb olub. Avstriyalı sinoptiklər fevralın 25-dən 26-na keçən gecəni zarafatyana Avstriyada XXI əsrin ən soyuq gecəsi adlandırıblar. Alp dağlarında yerləşən Sonnblik metroloji stansiyasında civə sütunu son iyirmi ilin ən aşağı göstəricisini (-30,6 dərəcə) qeydə alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yaşayış məntəqələri içərisində isə ən aşağı temperatur İtaliya ilə həmsərhəd Karintiya əyalətindəki Flattnits qəsəbəsində (-25,4 dərəcə) müşahidə olunub.