Alimlər insan gözünün bənzərini yaradıblar


Digərləri 26 Fev 2018 23:03:00 261 0

Alimlər insan gözünün bənzərini yaradıblar

ABŞ-ın Harvard Universitetinin bir qrup mütəxəssisi elektron idarə olunan süni göz yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, süni göz kvadrat metalinza, polimer və elektrodlardan ibarət süni əzələdən ibarətdir.

Qeyd olunur ki, süni göz insan gözünün işləmə prinsipi əsasında işləyir. Linzanın sıxılması və açılması nəticəsində fokus yönəlir və göz obyektləri ayırd edə bilir.