Salyanda 42 yaşlı kişi döyülüb


Sosial 26 Fev 2018 22:59:22 225 0

Salyanda 42 yaşlı kişi döyülüb

Hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb

Salyan rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

Massivin 1976-cı il təvəllüdlü sakini Lətifov Samir Əvəzağa oğlu naməlum şəxslər tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.