Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub


Digərləri 26 Fev 2018 22:40:00 247 0

Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

Ukraynanın Zaparojye vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə sözügedən vilayətin polis idarəsi məlumat yayıb.

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətlərinin törədilməsinə görə axtarışa verilən 54 yaşlı şəxs Melitopol şəhərində ələ keçib. O, Ukrayna ərazisində qanunsuz yaşayıb.