Macarıstanda Xocalı faciəsinin ildönümü ilə bağlı kütləvi tədbirlər keçirilib FOTO


Digərləri 26 Fev 2018 22:22:00 367 0

Macarıstanda Xocalı faciəsinin ildönümü ilə bağlı kütləvi tədbirlər keçirilib  FOTO

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə Macarıstanın Pecs şəhərində fəaliyyət göstərən universitetlərdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən dinc etiraz aksiyası keçirilib.

Səfirlikdən Son.az-a verilən məlumata görə, aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, Macarıstan və digər ölkələrin tələbələri qatılıb. Aksiya iştirakçıları Xocalı soyqırımına dair macar və ingilis dillərində kitab və broşürları yerli əhali və turistlərə paylayıb və Xocalı faciəsi barədə məlumatlar təqdim edib.

26 fevral tarixdə paytaxtı Budapeşt şəhərinin mərkəzində Xocalı faciəsi ilə bağlı digər bir tədbir təşkil edilib. Budapeştin "Qəhrəmanlar meydanı"nda toplaşan Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan tələbələr əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutaraq, şəhərin əsas meydanında çoxsaylı turistlərin və yerli əhalinin diqqətini cəlb edib. Aksiya zamanı Xocalı soyqırımı haqqında şəkil, buklet və Səfirliyin təşəbbüsü ilə macar dilinə tərcümə edilmiş "Xocalı Soyqırımı", "Qarabağ" adlı kitablar paylanılıb, Xocalıda dinc əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilmiş amansız vəhşiliklər və dəhşətli cinayətlər haqda seyrçiləri məlumatlandırılıb.


Xəbərə aid fotolar