"Şərqi Qutada 500 nəfər ölüb, 15 min nəfər yaralanıb"


Dünya 26 Fev 2018 22:26:00 265 0

"Şərqi Qutada 500 nəfər ölüb, 15 min nəfər yaralanıb"

BMT Təhlükəsizlik Şurasının atəşkəsə dair qəbul etdiyi qətnaməyə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir, Dəməşq isə atəşə tutulur.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Əldə etdiyimiz məlumata əsasən, son 48 saat ərzində Şərqi Qutada döyüşlər davam edib. Nəticədə qadın və uşaqlar daxil olmaqla azı 30 nəfər həlak olub. Buna cavab olaraq Dəməşqin Şərqi Qutadan atəşə tutulması davam edir. Fevralın 19-dan etibarən Şərqi Qutada 500 nəfər ölüb, 15 min nəfər yaralanıb. Dəməşqin atəşə tutulması isə 14 nəfərin həyatına son qoyub, 214 nəfər  yaralanıb", deyə S.Düjarrik qeyd edib.