Bölgələrdə kinoteatrlar özəlləşdirilir VİDEO


Digərləri 26 Fev 2018 22:17:00 257 0

Bölgələrdə kinoteatrlar özəlləşdirilir  VİDEO

Bölgələrdəki kinoteatrlar özəlləşdirilir. Son.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinə bölgələrdəki kinotetar binalarının özəlləşdirilməyə çıxarılması ilə bağlı müraciət olunub. Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyir ki, rayonlardakı kinoteatrlar 20-25 ildir ki, fəaliyyət göstərimir. Bu səbəbdən də onların özəlləşdirilməsi və binasından yararlanmaq daha məqsədəuyğun hesab edilib.

Sektor müdiri bildirib ki, 2006-cı ildə də bir sıra kinoteatrlar özəlləşdirilib. Amma onlardan heç biri fəaliyyətini kinoteatr kimi davam etdirməyib. Lakin son illərdə kino sahəsinə maraq xeyli artıb. Bu səbəbdən də indi özəlləşdiriləcək binaların bəzilərindən kinoteatr kimi istifadə olunacağı ehtimal edilir. Bunun üçün isə binada müəyyən işlər görülməlidir.

Lakin bu, məcburi deyil. Həmin binanı özəlləşdirən şəxs ondan istədiyi məqsədlə istifadə edə bilər. Bir neçə kinoteatr isə özəlləşdirilməyə çıxarılmayacaq. Onlar Mədəniyyət və Turizm Nazirliyinin balansında saxlanılacaq və lazımi infrastruktur qurulacaq.